Qaraçuxurda manyak peyda olub? - RƏSMİ AÇIQLAMA
7 Aprel 2025
10:15 - 7 Aprel 2025
Yaponiyada göyərtəsində 6 nəfərin olduğu təcili yardım helikopteri dənizə düşüb
Manset.az xəbər verir ki, Naqasaki prefekturasının sahillərində təcili yardım helikopterinin dənizə düşməsi nəticəsində 3 nəfər ölüb, 3 nəfər sağ qalıb.
Yaponiya Sahil Mühafizəsinin əldə etdiyi məlumata görə, vertolyot Naqasaki prefekturasının Tsuşima adasından Fukuoka prefekturasındakı xəstəxanaya qalxdıqdan təxminən 10 dəqiqə sonra saat 13:43 radələrində əlaqə kəsilib.
Xəbər alındıqdan sonra naviqasiya marşrutu boyunca axtarışlara başlanılıb və helikopter dəniz səthində tərs vəziyyətdə aşkar edilib. Helikopterdə olan 6 nəfərdən 3-nün hadisə yerindən sağ-salamat xilas edildiyi açıqlanıb.
Bildirilib ki, 86 yaşlı qadın xəstə, 68 yaşlı oğlu və onu müşayiət edən 34 yaşlı kişi həkim dünyasını dəyişib. Dənizdə helikopterə ciddi ziyan dəymədiyi üçün pilotun qəzadan əvvəl təcili eniş etməyə cəhd etdiyi düşünülüb.
Hadisə ilə bağlı ətraflı araşdırma başlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin