Qaraçuxurda manyak peyda olub? - RƏSMİ AÇIQLAMA
7 Aprel 2025
10:08 - 7 Aprel 2025
İsrailin Qəzzanın cənubunda və mərkəzində endirdiyi hava zərbələri nəticəsində azı 4 nəfər həlak olub.
Manset.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb .
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin Xan Yunis şəhərində Nasser tibb kompleksinin yaxınlığında yerləşən fələstinli qaçqınlar düşərgəsinə reydi zamanı media nümayəndələrinin olduğu çadır vurulub. Hücum nəticəsində azı 2 jurnalist həlak olub, daha 7 nəfər yaralanıb.
Telekanal həmçinin Qəzzanın mərkəzi hissəsində, Deyr əl-Bələh şəhərində yerləşən Əl-Əqsa xəstəxanasına İsrail ordusunun irimiqyaslı hava zərbələri endirdiyini xəbər verir. Qeyd olunur ki, bu hücum nəticəsində azı 2 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Daha əvvəl bildirilmişdi ki, Xan Yunisdə yaşayış binalarının bombalanması nəticəsində biri uşaq olmaqla azı 8 nəfər həlak olub. Daha bir neçə fələstinli itkin düşüb və dağıntılar altında qalıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin