Azərbaycanda molla arvadını qadın qətlə yetirildi

09:19 - 7 Aprel 2025

Azərbaycanda molla arvadını qadın qətlə yetirildi

Xaçmazda 45 yaşlı Yaqut Məmmədova​ qətlə yetirilib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, onu öldürməkdə rayonun Xaspoladoba kənd sakini, rayonda molla kimi fəaliyyət göstərən 1977-ci il təvəllüdlü Asəf Məmmədov şübhəli bilinir.

Məlumata görə, o, həyat yoldaşını boğaraq qətlə yetirib. Daha sonra A.Məmmədov polis idarəsinə gələrək təslim olub.

İlkin məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin