Qaraçuxurda manyak peyda olub? - RƏSMİ AÇIQLAMA
7 Aprel 2025
01:00 - 7 Aprel 2025
Bu gün HƏMAS tərəfindən İsrailin cənubuna – Aşkelon şəhərinə doğru 10 raket atılıb. Raket hücumu nəticəsində azı 3 nəfər yaralanıb. Hadisə bölgəsində fövqəladə vəziyyət elan edilib.
Manset.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında raketlərin atıldığı ərazini dəqiq müəyyənləşdirib və həmin bölgənin sakinlərinə ərazini tərk etmək əmri verib. Ordudan bildirilib ki, yaxın saatlarda bu əraziyə cavab zərbəsi endiriləcək.
IDF rəsmiləri HƏMAS-ı dinc əhalinin arxasında gizlənməkdə ittiham edərək, bu praktikanın həm Qəzza sakinlərini təhlükəyə atdığını, həm də qarşılıqlı hücumların qaçılmaz olduğunu vurğulayıblar. Ordunun bəyanatında qeyd olunur: “HƏMAS-la əlaqəsi olan hər kəs potensial hədəfdir. İsrail vətəndaşlarının təhlükəsizliyi naminə bu təhdidlər istənilən yolla zərərsizləşdiriləcək”.
HƏMAS-ın raket hücumunun mülki əhalini hədəfə alması beynəlxalq hüquq normalarının pozuntusu kimi qiymətləndirilir. İsrail tərəfi HƏMAS-ın xəstəxana və digər mülki obyektlərdə gizlənməsini də “müharibə qanunlarının kobud şəkildə pozulması” kimi dəyərləndirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin