İstanbulda fırtınaya görə məktəblər bağlanacaq

22:04 - 29 Noyabr 2021

İstanbulda fırtınaya görə məktəblər bağlanacaq

İstanbulda təbii fəlakətlə əlaqədar məktəblər noyabrın 30-da bağlanacaq.

Manşet.az xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerliqaya özünün “Twitter” səhifəsində yazıb.
Vali bildirib ki, İstanbulda təhsil bir günlük onlayn olaraq davam edəcək.

Qeyd edək ki, bu gün fırtına və güçlü külək İstanbulda 4 nəfərin həyatına son qoyub, 38 nəfər yaralanıb.Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) təbii fəlakətdən qorunmaq üçün istanbullulara ehtiyac olmadığı halda evdən çıxmamağı tövsiyə edib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin