50-dən çox ölkə ABŞ-yə tarif danışıqları üçün müraciət etdi

21:57 - 6 Aprel 2025

50-dən çox ölkə ABŞ-yə tarif danışıqları üçün müraciət etdi

ABŞ artıq 50-dən çox ölkədən Vaşinqtonun tətbiq etdiyi idxal tariflərinin azaldılması və ya ləğv olunmasını müzakirə etmək üçün danışıqlara başlamaq üçün müraciətlər alıb.

 

Manset.az ABC News telekanalına istinadən xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset deyib.

"Mən dünən ABŞ-nin ticarət nümayəndəsindən hesabat aldım ki, 50-dən çox ölkə danışıqlara başlamaq üçün ABŞ Prezidenti Donald Trampla əlaqə saxlayıb və onlar bunu çoxlu tariflərlə üzləşdiklərini başa düşdükləri üçün edirlər", - Hasset deyib.

Hasset həmçinin bildirib ki, Vaşinqton Moskvaya idxal rüsumları tətbiq etməyib, çünki Tramp bu məsələnin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlara mane olmasını istəmir.

“Aydındır ki, Rusiya və Ukrayna ilə danışıqlar gedir və mən hesab edirəm ki, prezident bu iki məsələni qarışdırmamaq barədə qərar qəbul edib”, - o deyib. Hasset əlavə edib ki, Rusiyaya tarifləri artırmaqdan imtina ABŞ-Nİn gələcəkdə Rusiyaya kökündən fərqli münasibət göstərəcəyi anlamına gəlmir.


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin