“Türk dünyasının mədəniyyət paytaxtı - 2025” ilinin açılış mərasimindən FOTOLAR

21:03 - 6 Aprel 2025

“Türk dünyasının mədəniyyət paytaxtı - 2025” ilinin açılış mərasimindən FOTOLAR

Aprelin 5-də Qazaxıstanın Aktau şəhərində "Türk Dünyasının Mədəniyyət Paytaxtı - 2025" ilinin rəsmi açılış mərasimi keçirilib.

 

Manset.az xəbər verir ki, mərasimdə TÜRKSOY-un baş katibi, üzv dövlətlərin mədəniyyət nazirləri və müavinləri, Türk Dövlətləri Təşkilatlarının rəhbər şəxsləri, Qazaxıstanın Mangistau vilayəti və Aktau şəhəri akimliyi, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov təmsil olunub.
Açılış mərasimində rəsmilərin çıxışlarından sonra Türk dünyası incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala-konsert olub. Konsertdə ölkəmizdən 20-dən çox incəsənət xadimi maraqlı ifası ilə tədbirə rəng qatıb. Tədbir çərçivəsində Murad Hüseynovla TÜRKSOY-un baş katibi Sultan Rayev arasında ikitərəfli görüş keçirilib. Görüşdə TÜRKSOY ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə olunub, həyata keçirilən tədbirlər, gələcək layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda  "mədəniyyət paytaxtı" ili ərzində təşkilat tərəfindən Aktauda planlaşdırılan fəaliyyətlər haqqında məlumat verilib.
Qeyd edək ki, Aktau şəhəri 2025-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anev şəhərindən təhvil alıb.



Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin