Qaraçuxurda manyak peyda olub? - RƏSMİ AÇIQLAMA
7 Aprel 2025
19:50 - 6 Aprel 2025
Yəməndə husilərin əleyhdarları Səudiyyə Ərəbistanı və ABŞ-ın dəstəyi ilə genişmiqyaslı quru əməliyyatına hazırlaşırlar.
Manset.az xəbər verir ki, bu barədə CNN telekanalı regional diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, planlaşdırılan əməliyyat Yəmənin cənub, şərq və sahilboyu ərazilərindən baş tutacaq.
Qeyd olunur ki, hücum dənizdən Səudiyyə Ərəbistanı və ABŞ tərəfindən dəstəklənə bilər və əsas məqsəd ölkənin əsas limanı olan əl-Hudeydanın geri qaytarılmasıdır.
Eyni zamanda, CNN-in mənbələri Vaşinqtonun Yəmənə birbaşa quru qoşunları göndərəcəyinin az ehtimal olunduğunu düşünürlər. Onların fikrincə, ABŞ əməliyyatı havadan dəstəkləmək üçün az sayda xüsusi təyinatlı əsgər göndərə bilər.
Səudiyyə Ərəbistanının bu əməliyyatda hansı dərəcədə iştirak edəcəyi ilə bağlı məlumat verilməyib.
Xatırladaq ki, aprelin 1-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Amerika ordusu Yəməndəki husilərə qarşı hücumları beynəlxalq dəniz nəqliyyatına təhlükə yaratmaqdan əl çəkməyənədək dayandırmayacaq.
Qeyd edək ki, martın 12-də husilər İsrail hakimiyyətinin Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etməkdən imtina etməsi səbəbindən İsrailə gedən gəmilərə hücumların bərpa olunduğunu elan ediblər.
Martın 15-də isə ABŞ prezidenti Donald Tramp husilərə qarşı hərbi əməliyyatların başladığını elan edərək, onları "Amerika və digər ölkələrin gəmilərinə, təyyarələrinə və pilotsuz aparatlarına qarşı quldurluq, zorakılıq və terror kampaniyası" aparmaqda ittiham edib. Bu açıqlamadan sonra ABŞ ordusu Böyük Britaniyanın dəstəyi ilə Yəməndəki bir sıra hədəfləri atəşə tutub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin