“Real”ın iki futbolçusu “Arsenal”a qarşı oynamaya bilər

17:25 - 6 Aprel 2025

“Real”ın iki futbolçusu “Arsenal”a qarşı oynamaya bilər

“Real”ın iki futbolçusu Çempionlar Liqasının 1/4 finalında İngiltərənin “Arsenal” klubuna qarşı oynamaya bilər.

 

Manset.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano COPE-a istinadən bildirib.

“Müdafiəçi Ferlan Mendi “Arsenal”la oyunu, yəqin ki, buraxacaq”, – insayder yazıb.

Daha sonra o, mərkəz yarımmüdafiəçisi Dani Sebalyosun da, böyük ehtimalla, “topçular”a qarşı mübarizə apara bilməyəcəyini əlavə edib:

“Hələ ki, hazır deyil”.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk iki qarşılaşması, o cümlədən “Arsenal” – “Real” matçı aprelin 8-də baş tutacaq.


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin