Məşhur cizgi filminin yaradıcılarından biri vəfat etdi

21:31 - 29 Noyabr 2021

Məşhur cizgi filminin yaradıcılarından biri vəfat etdi

Məşhur Leopold pişiyi ilə bağlı cizgi filmin yaradıcılarından biri, karikaturaçı-rəssam Konstantin Romanenko 73 yaşında dünyasını dəyişib.

Manşet.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə rejissor Sergey Kapkov bildirib. 

Romanenko daha çox “Ekran” televiziya studiyasında çalışıb. O, “Möhtəşəm Qoşa” və “Pişik Leopold” kimi cizgi filmlərində personajları canlandırıb. 

1974-1982-ci illərdə Konstantin Romanenko “Multtelefilm” studiyasında, 1990-1995-ci illərdə “Soyuzmultfilm”də animator kimi çalışıb.

Ən məşhur ekran əsərləri Pişik Leopold haqqında silsilədən olan cizgi filmləridir: “Pişik Leopoldun xəzinəsi”, “Pişik Leopoldun televizoru”, “Pişik Leopoldun doğum günü”.

 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin