Hərbçimiz minaya düşərək həlak oldu - YENİLƏNİB
7 Aprel 2025
13:26 - 6 Aprel 2025
“Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital qruplaşmasını tamamlamaq üçün 28 minipeykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.
Manset.az xəbər verir ki, bu barədə “SpaceX” məlumat yayıb.
Şirkətin məlumatına əsasən, raketin buraxılışı şənbə günü ABŞ-nin Şərq sahili vaxtı ilə saat 23:07-də (Bakı vaxtı ilə bazar günü saat 07:07-də) Floridada Kanaveral burnundakı Amerika Kosmik Qüvvələri bazasının 40-cı start kompleksindən həyata keçirilib. Təxminən bir saat sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə çıxıblar.
Qeyd olunub ki, buraxılış çərçivəsində 19-cu dəfə istifadə olunan daşıyıcı raketin birinci çoxistifadəli pilləsi ayrıldıqdan sonra Atlantik okeanında “Just Read the Instructions” dron-dəniz platformasına idarə olunan şaquli eniş həyata keçirib.
2019-cu ilin may ayından bəri “Starlink” layihəsi çərçivəsində “SpaceX” şirkəti artıq 8,2 mindən çox belə peyk buraxıb. Onların bir qismi sıradan çıxıb və ya orbitdən sürüşüb. Təxminən 7,2 min aparat orbitdə işlək vəziyyətdədir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin