Dələduzlar indi də buna keçdi - DİN-dən xəbərdarlıq
7 Aprel 2025
09:00 - 6 Aprel 2025
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask Prezident Donald Trampın siyasətinə zidd olaraq ABŞ və Avropa İttifaqı (Aİ) arasında azad ticarət zonasının yaradılmasına çağırıb.
Manset.az Report-a istinadən xəbər verir ki, o, bunu İtaliyada keçirilən "Liqa Konqresi"ndə videobağlantı vasitəsilə çıxışı zamanı deyib.
“Ümid edirəm ki, həm Avropa, həm də ABŞ-nin azad ticarət zonası yaradaraq, sıfır tarif vəziyyətinə keçməsi barədə razılıq əldə olunacaq”, - Mask bildirib.
İş adamı həmçinin qeyd edib ki, Aİ-də hərəkət və məşğulluq azadlığı ABŞ-yə də şamil olunmalıdır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib. O, idxal mallarına minimum 10 % rüsum təyin edəcəyini bildirib. Ayrı-ayrı dövlətlər üçün o, fərdi rüsumlar müəyyən edib. Bundan başqa, Vaşinqton aprelin 3-dən ölkəyə gətirilən bütün avtomobillərə 25 % rüsum tətbiq edib.
Tədbirlər Çin (34 %), Aİ (20 %), Vyetnam (46 %), Hindistan (26 %), İndoneziya (32 %), Kamboca (49 %), Malayziya (24 %), Koreya Respublikası (25 %), Tailand (36 %), Tayvan (32 %), İsveçrə (31 %), Yaponiya (24 %) və bir sıra digər ölkələrə təsir edib.
Bununla yanaşı, Tramp Vaşinqtonun yeni gömrük rüsumlarının tətbiqi ilə əlaqədar perspektivdə Amerika fond bazarında əsas kotirovkaların artım nümayiş etdirəcəyi irəli sürüb, bu tədbirlər 6-7 trilyon dollar həcmində investisiya cəlb etməyə imkan verəcək.
“Düşünürəm ki, hər şey çox yaxşı gedir. Bazarlarda sürətli artım olacaq”, – Tramp rüsumların tətbiqinin ABŞ fond bazarına təsirindən danışarkən deyib.
Amerika liderinin iddialarının əksinə olaraq, ABŞ-də fond bazarında hərrac əsas kotirovkaların düşməsi ilə açılıb. Azalma 2,9-4,6 % təşkil edib ki, bu da təxminən 2-2,8 trilyon dollar həcmində qiymətləndirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin