Dünyanın ən uzun dilli qadını - VİDEO

07:00 - 6 Aprel 2025

Dünyanın ən uzun dilli qadını - VİDEO

Kaliforniyada yaşayan 34 yaşlı Şanel Tapper dünyanın ən uzun dilinə sahib qadın kimi Ginnesin Rekordlar Kitabına düşüb.

 

Manset.az xəbər verir ki, onun dili düz 9,75 santimetrdir. Tapper dili ilə plastik stəkanları çevirir və hətta dilinə doladığı qaşığı qaldıra bilir.

Şanelin dili hələ uşaqlıqdan diqqət çəkib. O, 11 yaşında bu xüsusiyyəti ilə ətrafdakılar tərəfindən fərqləndirilməyə başlayıb. 13 yaşında isə dili ilə bağlı videosu "YouTube"da yayıldıqdan sonra məşhurluq qazanıb. Onun rekordu 2010-cu ildə rəsmi olaraq tanınıb.

“İnsanlar dilimi ilk dəfə görəndə ya qışqırır, ya da təəccübdən donub qalırlar. Bu mənzərə həmişə həm dramatik, həm də gülməli olur”, – deyə Tapper bildirir.

Çoxları onu komikslərdəki Venom obrazına bənzətsə də, Şanel öz unikallığı ilə fəxr edir və bunu həyatının əyləncəsi sayır.

 


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin