Bu rayonların bir sıra kəndlərində elektrik təsərrüfatı yenilənir

13:55 - 05 Aprel 2025

Bu rayonların bir sıra kəndlərində elektrik təsərrüfatı yenilənir

Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC paytaxt və regionlarda yenidənqurma işlərini davam etdirir. Cəlilabad və Masallının bir sıra kəndlərində də elektrik şəbəkəsi tamamilə yenilənir. 

 

Manset.az xəbər verir ki, Cəlilabad rayonunun 3 kəndində – Komanlı, Rüstəmabad və Bəcirəvanda 0.4 və 10 kV-luq yeni metal dayaqlar əkilir, müasir elektrik xətləri çəkilir. Hər 3 kənddə açıq naqillərin yerinə müasir tipli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Köhnəlmiş sayğaclar həyətyanı sahələrdən kənarlaşdırılaraq yeni smart sayğaclarla əvəz olunur. Ümumilikdə 9 Kompleks Transformator Məntəqəsinin quraşdırılması nəzərdə tutulub.  

Masallının Köhnə Alvadı kəndində ötən əsrin 60-cı illərində quraşdırılan elektrik şəbəkəsi yenisi ilə əvəzlənir. Kənddə 0.4 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillərin (ÖİN) çəkilişi və yeni sayğacların quraşdırılması davam edir. Həmçinin elektrik enerjisinə artan tələbat nəzərə alınaraq 10 Kompleks Transforator Məntəqəsi quraşdırılacaq.

Lürən kəndində 0.4 kV-luq dayaqların basdırılması, elektrik xətlərinin yenilənməsi işləri başa çatıb. Hazırda 10 kV-luq yeni dayaqlar əkilir, ÖİN-3 kabel xətləri çəkilir.   

İstehlakçıları keyfiyyətli elektrik enerjisi ilə təmin etməklə yanaşı elektrik enerjisi itkilərini minimuma endirməyi hədəfləyən “Azərişıq” ASC Cənub regionu ilə yanaşı ölkənin bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda quruculuq və əsaslı təmir işlərini davam etdirir. 


Digər xəbərlər

Как живёт Ефремов после выхода из тюрьмы по УДО: СМИ
Паспорта, выданные в 20 и 45 лет больше нельзя использовать?
Врачи экстренно спасали Петросяна
Выезд на Алтай убил мать на глазах ее детей
Переговоры России и Украины состоятся в апреле: когда и чем?
Традиции и список того, что делать нельзя в Вербное: срочно
Как многие россияне обманывают людей продавая книги: читать
В Ульяновске каждый 6ой парень наденет военную форму:призыв
В Югре целый дом снесло волной из-за взрыва: видео
Православные празднуют Вербное: советы священника

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Паспорта, выданные в 20 и 45 лет больше нельзя использовать?
xidmet.tv
Как живёт Ефремов после выхода из тюрьмы по УДО: СМИ