Beynəlxalq Final Universiteti və Azərbaycan media nümayəndələri görüşdü - FOTOLAR

18:40 - 05 Aprel 2025

Beynəlxalq Final Universiteti və Azərbaycan media nümayəndələri görüşdü - FOTOLAR

Şimali Kipr Respublikasının Beynəlxalq Final Universiteti və Azərbaycan media nümayəndələri arasında işgüzar görüş baş tutub. Azərbaycanın tanınmış media nümayəndələri ilə Şimali Kipr Respublikası elm adamları arasında Bakıda görüş baş tutub. 

 

Manset.az xəbər verir ki, Azərbaycan - Kipr Dostluq Cəmiyyəti, Beynəlxalq Final Universiteti və “News Baku” Media və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanla Şimali Kipr Türk Respublikasının media əlaqələri, KKTC-də təhsil mühiti və elm sahəsində münasibətlər mövzusunda müzakirələr aparmaq üçün media təmsilçilərinin iştirakı ilə şam yeməyi təşkil olunub. 

Görüşdə qardaş Şimali Kipr Türk Respublikasının önəmli təhsil mərkəzlərindən olan Beynelxalq Final Üniversiteti rektoru Prof. Dr. Orhan Gemikonaklı, Üniversitetin İcraçı Direktoru Dr. Bülent Taşel, Doç. Dr. Pervin Taşel,  Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "News Baku" Media və Kommunikasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdiyev, eləcə də digər media qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Görüşdə iki dost ölkə arasında istər siyasi, istər elmi, istərsə də media sahəsində ortaq fikir formalaşdığı, hər iki ölkənin hədəflərinin eyni olduğu vurğulanıb. Görüşdə çıxış edən Kipr Respublikası nümayəndələri elm, təhsil sahəsində Azərbaycan mediası ilə sıx əlaqədə olduqlarını, həmçinin Azərbaycan mediası ilə gələcəkdə ortaq layihələrin planlaşdırıldığı səmimi dilə gətirilib. 

Görüşdə Azərbaycanın tanınmış media nümayəndələrinə də söz verilib. Media rəhbərlərimiz çıxışlarında Kipr Respublikasından ölkəmizə təşrif buyurmuş elm adamlarına Azərbaycanın mədəniyyəti, elm sahəsindəki uğurlarımızdan bəhs edilib. Bu görüşün davamlı olması üçün müvafiq addımlar atılaraq növbəti görüşü qardaş Şimali Kipr Respublikasında keçirilməsi üçün razılığa gəlinib. Keçirilən səmimi dostluq görüşünün sonunda xatirə fotoları çəkilib, görüşdən sonra iki ölkə nümayəndələri arasında təkbətək səmimi müzakirələr aparılıb.

 


Digər xəbərlər

Как сиамские близнецы ведут личную жизнь и выбирают парней себе
Самый опасный преступник России о зачистке в стране
Кому из детей удалось выжить, когда мать напала с топором ?
За что в Москве полицией задержаны более 40 мигрантов ?
В России этим звездам заплатят 12 миллионов за день Победы: СМИ
Почему в Новосибирске прекращены поиски пропавшего подростка?
Назван самый опасный соус для приема пищи
На сколько дней продлят майские в России: читать
Киркоров раскрыл тайну имени для его будущего сына: читать
В Казани мать не была наказана за нападение на сына с ножом

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Как сиамские близнецы ведут личную жизнь и выбирают парней себе
xidmet.tv
Самый опасный преступник России о зачистке в стране