"Mançester Yunayted" yeni baş məşqçisiniadı Açıqladı

20:37 - 29 Noyabr 2021

İngiltərənin "Mançester Yunayted" klubu yeni baş məşqçisini açıqlayıb.

Manşet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Ralf Ranqnikə tapşırılıb.

63 yaşlı almaniyalı mütəxəssis bu postda Ule Qunnar Sulşeri əvəzləyib. Onunla işçi vizası əldə etməsi şərti ilə mövsümün sonunadək müqavilə imzalanıb. Bu dövr bitdikdən sonra tərəflər Ranqnikin daha il məsləhətçi kimi fəaliyyət göstərməsinə razılaşıblar.

Qeyd edək ki, Ralf Ranqnik son olaraq Rusiyanın "Lokomotiv" (Moskva) klubunda məsləhətçi vəzifəsində çalışıb.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin