Bakı meriyasında ilk müavin - 3 yüksək vəzifə hələ də boşdur

11:10 - 05 Aprel 2025

Bakı meriyasında ilk müavin - 3 yüksək vəzifə hələ də boşdur

Ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib. Ayaz Hüseynov Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini vəzifəsinə gətirilib. O, təyinata qədər Bakı şəhər İcra Hakimiyyətində Şəhər təsərrüfatı şöbəsinin müdiri olub.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu, son 4 ildə Bakı meriyasında ilk müavin təyinatıdır.

Qeyd edək ki, qanunvericiliyə görə Bakı Şəhər İcra Hakimiyyətinin 4 müavini olmalıdır. Onlardan biri birinci müavin vəzifəsini tutur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

İcra Hakimiyyətinin rəsmi saytında birinci müavin və müavinlər vəzifələrinin qarşısı uzun müddətdir adsız göstərilir.

Xatırladaq ki, meriyada birinci müavin postuna sonuncu təyinat 2018-ci ilin iyul ayında olmuş, bu vəzifəyə Eldar Əzizov gətirilmişdi. Lakin üç aydan sonra - 2018-ci ilin noyabrında Eldar Əzizov dövlət başçısının sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkildiyindən, birinci müavin postu boşalmışdı. O vaxtdan birinci müavin vəzifəsinə təyinat olmayıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının qadın müavini Fidumə Hüseynova 2021-ci ildə vəzifəsindən azad edilib. Onun yerinə də hələ ki təyinat yoxdur. İcra başçısının digər müavini Rauf Pənahov 2017-ci ildə vəfat edib və bu günə kimi onun yeri də boş qalıb.

Beləlikə, meriyada müavin postlarının artıq biri tutulub. Digər 3 müavin postuna da yeni təyinatların baş tutması gözlənilir.


Digər xəbərlər

Скандал с Мизулиной на борту самолета
В ком вдовец Чернышев нашел успокоение: Навка
Этой категории людей могут запретить водить машину: читать список
Звезда фильма «Любовь и голуби» вступился за Ефремова
Срочно, если у вас есть эти признаки, то вам нужно бежать к врачу
В Нижнекамске 86 врачей пожаловались на главврача: на что?
Этот год станет самым важным для РФ: пророк
ЦБ выпустил новость для тех, у кого есть счета
Разыграл своё ранение, когда на самом деле был 14-летним убийцей
Детали садистского убийства девушки из Оренбурга: какой ужас

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Скандал с Мизулиной на борту самолета
xidmet.tv
В ком вдовец Чернышев нашел успокоение: Навка