Tvitterin qurucusu istefa verdi

20:07 - 29 Noyabr 2021

Tvitterin qurucusu istefa verdi

Tvitterin qurucusu Cek Dorsi tutduğu vəzifədən istefa verə bilər.

Manşet.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

“Tvitterin baş direktoru Cek Dorsinin baş direktor vəzifəsini tərk edəcəyi gözlənilir”, - telekanalın xəbərində deyilir.

Bu xəbərin fonunda şirkətin səhmləri ticarətdən əvvəl 11% bahalaşıb.

Birjaların açılışından sonra, axşam saatlarına olan məlumata görə, Tvitterin səhmləri 5,88% artaraq hər səhm üçün 49,84 dollar olub.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin