COVID-19-la bağlı sertifikatlar təsdiqləndi

19:22 - 29 Noyabr 2021 - CƏMİYYƏT

“COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında qərar verilib.

Manşet.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Təsdiqlənən sənədlər aşağıdakılardır:

1. “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”,

2. “Peyvənd Sertifikatı”nın forması”,

3. “Əks-göstəriş Sertifikatı”nın forması”,

4. “COVID-19-RT-PZR Analiz Nəticəsi Sertifikatı”nın forması”,

5. “İmmunitet Sertifikatı”nın forması”.


Loading...

Xəbər xətti

20 Yanvar 2022