“Omicron”un geniş yayılacağını gözləyirik”

19:03 - 29 Noyabr 2021

“Omicron”un geniş yayılacağını gözləyirik”

ABŞ-da COVID-19-un yeni ştamı olan Omicron"un yayılması fonunda sərt məhdudiyyətlərin tətbiq edilməyəcəyi gözlənilir.

Manşet.az xəbər verir ki, bunu ABŞ-ın baş yoluxucu xəstəliklər üzrə mütəxəssisi Entoni Fauci deyib.

Fauci bildirib ki, indiki vəziyyətdə həkimlər baxımından ən önəmlisi, onların sərəncamında, prinsipcə, koronavirus infeksiyasının yayılması ilə mübarizə aparmağa imkan verən vasitələrin olub-olmamasıdır: "Bu ştam haqqında çox şey bilmirik, amma bir şeydən əminik ki, peyvənd olunmuş insanlar xəstəliyi peyvənd olmayanlardan daha asan keçirirlər".

Mütəxəssis əlavə edib ki, ABŞ-da yeni “Omicron” ştamı aşkarlanmayıb:

“Lakin gec-tez geniş yayılacağını gözləyirik. Gec və ya tez "Omicron" qaçılmaz olaraq geniş yayılacaq, çünki o, yüksək yoluxucu bir virusun molekulyar xüsusiyyətlərinə malikdir".


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin