Ballıcada evlərlə yanaşı, təhsil ocağı da mavi yanacaqla təmin edildi - VİDEO

15:20 - 03 Aprel 2025

Ballıcada evlərlə yanaşı, təhsil ocağı da mavi yanacaqla təmin edildi - VİDEO

Bura şəhər mərkəzindən 10.6 km məsafədə yerləşir. Kənd Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan alıb. Söhbət Xocalı rayonunun Ballıca kəndindən gedir.

 

Manset.az xəbər verir ki, həmin o kənd ki, 1988-ci ildən etibarən baş verən erməni vandalizminin şahididir... Bu gün Ballıcada həyat canlanır. Xocalı şəhidlərinin ruhu şaddır. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi düşmən tapdağından azad olundu.

İşğaldan azad olunan bir çox ərazilərdə olduğu kimi Xocalı rayonunun Ballıca kəndində də qaz təchizatının bərpası istiqamətində bir sıra işlər görülüb. Belə ki, 130 fərdi yaşayış evi təbii qazla təchiz olunub, hal-hazırda 112 abonent fasiləsiz, dayanıqlı və keyfiyyətli şəkildə mavi yanacaqdan istifadə edir. Bundan əlavə, Xocalı rayonunun Ballıca kənd tam orta məktəbinin qazanxanası da təbii qazla təmin olunub.


Digər xəbərlər

Скандал с Мизулиной на борту самолета
В ком вдовец Чернышев нашел успокоение: Навка
Этой категории людей могут запретить водить машину: читать список
Звезда фильма «Любовь и голуби» вступился за Ефремова
Срочно, если у вас есть эти признаки, то вам нужно бежать к врачу
В Нижнекамске 86 врачей пожаловались на главврача: на что?
Разыграл своё ранение, когда на самом деле был 14-летним убийцей
Этот год станет самым важным для РФ: пророк
ЦБ выпустил новость для тех, у кого есть счета
Детали садистского убийства девушки из Оренбурга: какой ужас

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
В ком вдовец Чернышев нашел успокоение: Навка
xidmet.tv
Скандал с Мизулиной на борту самолета