Tanınmış rejissor vəfat etdi

17:30 - 29 Noyabr 2021 - CƏMİYYƏT

Rusiyanın tanınmış rejissoru, SSRİ Xalq artisti Vladimir Naumov vəfat edib.

Manşet.az APA-ya istinadən xəbər verir ki, Rusiya Kinematoqrafçılar İttifaqından bildirilib ki, SSRİ xalq artisti, “Tehran-43”, “Qaçış” və digər filmlərin rejissoru V. Naumov bu gün 93 yaşında dünyasını dəyişib.

V.Naumov 1927-ci ildə Leninqradda anadan olub. 1952-ci ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib.

O, "Pavel Korçagin", "Gələnlərə sülh", "Tehran-43" və başqa filmlərin rejissoru kimi məşhurlaşıb.

1983-cü ildə SSRİ Xalq artisti adına layiq görülüb.

Qeyd edək ki, "Tehran-43" detektiv filminin bəzi səhnələri Bakıda lentə alınıb.


Loading...

Xəbər xətti

20 Yanvar 2022