Yaponiya iyul ayından ölkəyə giriş tədbirlərini sərtləşdirəcək

17:21 - 28 İyun 2021

Yaponiya iyul ayından ölkəyə giriş tədbirlərini sərtləşdirəcək

Yaponiya iyulun 1-dən etibarən 41 ölkədən və regiondan ölkəyə gələnlərə qarşı tədbirləri sərtləşdirəcək.

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Tədbirlərin sərtləşdirilməsi koronavirusun ilk dəfə Hindistanda aşkar edilmiş “delta” ştammının yayılması ilə əlaqədardır.

Əfqanıstan, Hindistan, Şri-Lanka, Nepal, Pakistan, Maldiv adalarından gələnlərə qarşı ən sərt tədbirlər tətbiq ediləcək. Onlar səlahiyyətlilər tərəfindən müəyyən edilmiş yerdə karantin keçməli və bu müddətdə üç dəfə koronavirus testi vermək məcburiyyətindədirlər.

İndoneziya, Uqanda, Britaniya, Misir, Banqladeş və Malayziyadan gələnlər üçün xüsusi təyin edilmiş karantində 6 günlük qalma tədbiri tətbiq olunacaq və bu müddət ərzində onların iki dəfə testdən keçmələri tələb ediləcək.

Rusiya, İspaniya, ABŞ-ın 14 ştatı, Belçika və digər ölkələr də daxil olmaqla, 29 ölkədən gələnlər isə üç günlük karantindən keçməli və bundan sonra test verməlidirlər.

Göstərilən ölkələrdən gələnlərin karantində olduqdan sonra və testlərinin mənfi nəticələnəcəyi təqdirdə Yaponiyaya gəlişlərinin 14 günü tamam olana qədər evdə və ya yaşayış yerində karantində qalmalıdırlar.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin