Azərbaycanda “Omicron” təhlükəsi - Sərhədlər bağlanacaq?

17:00 - 29 Noyabr 2021

Azərbaycanda “Omicron” təhlükəsi - Sərhədlər bağlanacaq?

Koronavirusun yeni ştammı "Omicron” aşkarlanarsa, ölkədə hansı tədbirlərin görülməsi ilə bağlı yəqin ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı olacaq.

Manşet.az xəbər verir ki, bu fikirləri modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

O qeyd edib ki, Azərbaycan üçün hələ ki, belə bir təhlükə hiss olunmur:

"Azərbaycanda yeni ştamma yoluxma halı qeydə alınmayıb. Ona görə də indidən nəsə demək tezdir. İstənilən halda profilaktik, qabaqlayıcı tədbirlərimizi görməliyik. Nazirlər Kabineti yanında Operativ Qərargah nə qərar qəbul eləsə, o zaman biləcəyik”.

Həkim-infeksionist Vasif Əliyev modern.az-a deyib ki, virusun istənilən ştammına qarşı mübarizə eyni metodlarla icra edilir:

"Koronavirusun yeni ştammından qorunma yolları və diaqnostik metodlarla xəstəliyin tanınması, eyni zamanda müalicə üsulu daha əvvəl aparılmış metodlarla davam etdirilir. Yəni, hər hansı dəyişiklik yoxdur. Bu virusdan qorunma yolları bildiyimiz kimi fərdi gigeyna ilə yanaşı, peyvəndlənmə prosesidir. Müalicə diaqnostika metodları daha əvvəl bildiyimiz yöntəmlərlə davam etdirilir. Hələ ki, bu virus yenidir və əlavə məlumatlar olduğu zaman ÜST tərəfindən bildiriləndə biz də bunu ictimaiyyətə açıqlayacağıq”.

V. Əliyev ölüm hallarının artmasının sadəcə virusun mutasiyasının çoxluğu ilə deyil, eyni zamanda yoluxma hallarının sayının çoxluğu ilə də əlaqələndirilə biləcəyini qeyd edib:

"Bu baxımdan xəstəlik mutasiyanın daha əvvəl bilinən mutasiyalardan fərqli olaraq, daha çox öldürücü və yoluxdurucu olub-olmadığı bilinmir. Bu istiqamətdə tətqiqatlar davam etdirilir”.

Qeyd edək ki, noyabrın 26 -da Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni variantını  "B11529” təsnif edib və qısaca olaraq "Omicron” adı verib. Varianta ilk dəfə Cənubi Afrika Respublikasında rast gəlinib.


Xəbər xətti

17 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin