Azərbaycanın bu məşhur Xalq artistinin qızına yüksək vəzifə verildi - Rütbəsi ARTIRILDI (FOTO)

16:42 - 29 Noyabr 2021

Azərbaycanın bu məşhur Xalq artistinin qızına yüksək vəzifə verildi - Rütbəsi ARTIRILDI (FOTO)

Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun diplomat qızı Aysel İbrahimliyə Xarici İşlər Nazirliyində yüksək vəzifə verilib.

 

Manşet.az xəbər verir ki, “Qaynarinfo”nun məlumatına görə, Azərbaycanın Macarıstandakı səfirliyində 3-cü katib vəzifəsində çalışan Aysel İbrahimli bir müddət əvvəl geri çağırılaraq, XİN-də idarələrin birinə ikinci katib vəzifəsinə təyinat alıb.

Bu günlərdə isə Xarici işlər naziri Ceyhun Bayramovun müvafiq əmri ilə diplomatik rütübəsi artırılan Aysel İbrahimli birinci katib vəzifəsinə gətirilib.

Modern.az-ın məlumatına görə, Bakıda anadan olmuş xanəndənin böyük qızı Aysel İbrahimli orta və ali təhsili bitirəndən sonra diplomatiya sahəsində çalışmağa başlayıb. Aysel xanım uzun müddət Azərbaycanın Macarıstandakı səfirliyində işləyib.
Yeri gəlmişkən sənətkarın diplomat qızı elə həmkarı ilə ailə qurub. Belə ki, Aysel İbrahimlinin həyat yoldaşı Süleyman Rüstəmov da diplomatiya sahəsində çalışır.
Cütlüyün toyu 2011-ci ilin noyabrında olub.



Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin