"İlham Əliyev Soçi görüşü ilə bağlı mənə dedi ki..." Ərdoğan

16:38 - 29 Noyabr 2021

“2013-cü ildə bir ifadəm var idi, “21-ci əsr Türkiyənin əsri olacaq” demişdim və hazırda bu reallaşmaqdadır. Bu məsələdə türkdilli dövlətlərin liderləri mühüm mövqeyə malikdirlər”.

 

Manşet.az “haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Ərdoğan jurnalistlərə Türk Dövlətləri Təşkilatı  və bir neçə il öncə “21-ci əsrin türk əsri olacaq” dediyi fikri şərh edərkən deyib. 

O əlavə edib ki, bu, həm də dünya türklərinin belə bir əsr quracağının ifadəsi idi və hazırda bu dediklərimiz həyata keçməkdədir. 

“Bu məqsədlə Türk Şurasının adını dəyişib Türk Dövlətləri Təşkilatı qoyduq. Bütün Türk dövlətlərinin liderləri bu ideyaya müsbət yanaşır.  Ancaq bundan narahatlıq keçirənlər də var. Lakin Rusiyanın bundan əndişə keçirib-keçirmədiyini deyə bilmərəm. Çünki Cüma günü  İlham Əliyev qardaşımız Soçidə cənab Putinlə görüşüb  və görüş çox yüksək səviyyədə keçib. Orada Əliyev, Putin və Paşinyan görüşüb. Bununla bağlı qardaşım İlham Əliyevlə görüşün yekununu müzakirə etdik və dedi ki, görüş məhsuldar oldu”, - Ərdoğan qeyd edib. 

Ərdoğan onu da əlavə edib ki, bu görüşdə Araz çayı boyunca dəmiryolu və avtomobil yolu məsələsi də həllini tapıb. 

Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunan Ərdoğan deyib ki, Azərbaycanın Ermənistan ərazisindən keçərək İğdırla birləşməsi istiqamətində çox uğurlu addım atılacaq: “ Bundan əlavə, həm avtomobil, həm də dəmir yolu ilə sərnişin və yük daşımaları istiqamətində  ciddi  addımlar atılacaq. Bu məqsədlə biz  6-lıq platformasını gündəmə gətirmişik. Bu platformasında Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran, həmçinin  Gürcüstanın iştirakı  ilə  bölgədə sülhün tam şəkildə təmin olcağının şahidi oacağıq”.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin