"Danışıqlarda irəliləyiş əldə edirik" - Lavrov

00:00 - 2 Aprel 2025

Rusiya və ABŞ arasındakı danışıqlarda irəliləyiş əldə edirik.

 

Manset.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. O Prezident Vladimir Putinin Təhlükəsizlik Şurası ilə görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ danışıqların məhsuldar olması üçün səy göstərir. Lavrov, “Amerikalı tərəfdaşlarımızın hər iki ölkədən diplomatların işinə maneələri aradan qaldırmaq istədiklərini müşahidə edirik” - deyə bildirib.

Lavrov, Ər-Riyadda rus və amerikalı ekspertlər arasında aparılan danışıqlar barədə də açıqlama verib. O, Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsini və ABŞ-nin kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınmasını ehtiva edən Qara Dəniz Təşəbbüsünün olduğunu xatırladıb.


Xəbər xətti

3 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin