Ştaynmayerin Azərbaycana səfəri başa çatdı
3 Aprel 2025
23:15 - 1 Aprel 2025
ABŞ İrana pilotsuz uçuş aparatları və silah istehsalında dəstək verdiyi üçün altı şirkət və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
Manset.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
Sanksiyalar BƏƏ-də yerləşən “Infracom Communication Networks FZE”, “Diamond Castle Electronics Trading”, “Phenomena International General Trading” və “Future Trends Goods Wholesalers LLC” şirkətlərini, həmçinin Çinin “Zibo Shenbo Machinelectronics” və İranın “Rah Roshd International Trade Exchanges Development” şirkətlərini, həmçinin onun iki əməkdaşını əhatə edir.
Sanksiya siyahısına salınan şirkətlərin ABŞ-dəki aktivləri dondurulacaq.
ABŞ vətəndaşları və ya şirkətlərinə adları çəkilən şəxslərlə iş görmək qadağan edilir, onların da ölkəyə girişi qadağandır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin