" Tramp həm Zelenskidən, həm də Putindən məyusdur "

22:10 - 1 Aprel 2025

“Prezident Donald Tramp həm Ukrayna prezidenti Voldimir Zelenskidən, həm də Rusiya prezidenti Vladimir Putindən məyusdur.”

 

Manset.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Livitt jurnalistlərə açıqlaması zamanı deyib.

"Tramp münaqişənin hər iki tərəfinin liderlərindən narazıdır. Bununla belə, Tramp hələ də bu müharibənin bitməsini istəyir. Hər iki tərəfdən insanlar ölür və bu, çox uzun müddətdir davam edir", - Livitt deyib.

O, həmçinin Trampın may ayında Səudiyyə Ərəbistanına səfər edəcəyini deyib.


Xəbər xətti

3 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin