SON DƏQİQƏ! Nigar Fərhadın verilişi bağlandı - RƏSMİ

18:00 - 1 Aprel 2025

SON DƏQİQƏ! Nigar Fərhadın verilişi bağlandı - RƏSMİ

Nigar Fərhadın "Kanal S"də yayımlanan "Sözün bitdiyi an" verilişinin yayımı sabahdan dayandırılacaq. 

 

Bu barədə Manset.az-a açıqlamasında "Kanal S"in Baş direktor müavini Ramin Mustafayev bildirib:

"Nigar Fərhad sabahdan etibarən efirdə yoxdur. Baş direktor bildirdi ki, onun verilişinin yayımı 02.04.2025 tarixindən dayandırılır". 

Qeyd edək ki, Nigar Fərhadın efirdə işlətdiyi “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub.

Bu gün isə Audiovizual Şura "Kanal S"in yayımının bir günlük dayandırılması ilə bağlı qərar qəbul edib.

 


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin