Hakimə etiraz edən Qurban Qurbanov planşeti belə sındırdı – VİDEO
2 Aprel 2025
17:25 - 1 Aprel 2025
Bu gün, aprelin 1-də Bundesver rəsmi olaraq Almaniya ordusunun 45-ci Tank Briqadasını Litvaya daimi olaraq yerləşdirməyə başlayıb. Onun 2027-ci ilə qədər tam şəkildə yerləşdirilməsi planlaşdırılır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 5 min hərbçinin daxil olacağı briqada Litvanın cənub-şərqindəki Rudninkay poliqonunda yerləşdiriləcək.
Bundesverin bəyanatında deyilir ki, bu, “Avropada daim dəyişən təhlükəsizlik vəziyyətinə və Rusiyanın aqressiv davranışına” cavabdır. KİV-lər bildirir ki, bu, İkinci Dünya Müharibəsindən sonra alman ordusunun Almaniyadan kənarda ilk daimi dislokasiyası olacaq.
Litvada Bundesver bölmələrinin yerləşdirilməsi planları bir neçə ildir müzakirə olunur. 2023-cü ildə Almaniya və Litvanın o vaxtkı müdafiə nazirləri müvafiq saziş imzalayıblar. Keçən il hazırlıq işlərinə başlanılıb. 45-ci briqada üçün kazarmaların tikintisi davam edərkən, alman qoşunlarının bir hissəsinin Litva ordusunun mövcud obyektlərində yerləşdiriləcəyi bildirilir. Bu ilin sonuna qədər ölkəyə 500-ə qədər Bundesver hərbçisinin göndərilməsi planlaşdırılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin