Özündən razı aparıcı Nigar Fərhad statuslarını niyə sildi? - Məsuliyyətini "anladı"?

17:15 - 1 Aprel 2025

Özündən razı aparıcı Nigar Fərhad statuslarını niyə sildi? - Məsuliyyətini

Nigar Fərhad onu təhqir edənləri məhkəməyə verəcəyi ilə bağlı statusları silib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, aparıcı Audiovizual Şuranın "Kanal S"in yayımının dayandırılması qərarından sonra bütün statuslarını sosial şəbəkələrdən qaldırıb.

Görəsən, özündən bu qədər razı olan aparıcının bu statusları silməsinə nə vadar edib?...

Televiziya strateji yerdir. Canlı efir isə onun onurğa sütunudur. Görünən odur ki, Nigar Fərhad hələ də məsuliyyətini anlamayıb. Baş verən olaylardan sonra yenidən efirə çıxıb "mən efirdəyəm" deməsi və insanları məhkəmə ilə hədələməsi onun "məsuliyyətini" göstərir. 

Bu o deməkdir ki, Nigar Fərhad canlı efir üçün potensial təhlükədir. 

Televiziya isə onun məsuliyyətini anlamayanları zamanla elə özü vurub məhv edərək sıradan çıxarır.. 

 

Manşet.az

 

 

 


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin