Hakimə etiraz edən Qurban Qurbanov planşeti belə sındırdı – VİDEO
2 Aprel 2025
11:00 - 1 Aprel 2025
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (0125997975) 2025-ci ilin mart ayı ərzində 549 zəng daxil olub.
Manset.az xəbər verir ki, zəng edən vətəndaşların 208 nəfərinin müraciəti yerindəcə, 226 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 108 müraciət digər qurumlara yönləndirilib.
Bundan başqa, paytaxt və bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda baş vermiş problemlərlə bağlı 7 zəng qəbul olunaraq, dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin