Bəzi ərazilərin qaz təchizatı dayandırılacaq
2 Aprel 2025
14:17 - 1 Aprel 2025
İsrail Müdafiə Qüvvələri (IDF) Beyrut ətrafına gecə hava hücumu zamanı şiə Hizbullah xüsusi təyinatlılarının 3900-cü bölməsi və İranın Qüds qüvvələrinin silahlı radikalı Həsən Əli Mahmud Bədiri öldürüb.
Manset.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Gecə İsrail Hərbi Hava Qüvvələri Hizbullah terror təşkilatının əsas qalası sayılan Dahiya bölgəsində (Beyrut ətrafı) “Hizbullah”ın 3900-cü bölməsindən olan terrorçu Həsən Əli Mahmud Bədiri və İranın “Qüds” qüvvələrini vuraraq məhv edib”, - deyə məlumatda bildirilir.
Bədir “HƏMAS terror təşkilatı ilə əməkdaşlıq edib, HƏMAS terrorçularını istiqamətləndirib və onlara mülki İsrail vətəndaşlarına qarşı qaçılmaz terror hücumunu planlaşdırıb həyata keçirməyə kömək edib”, - mətbuat xidməti əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin