Bəzi ərazilərin qaz təchizatı dayandırılacaq
2 Aprel 2025
13:57 - 1 Aprel 2025
Ukrayna mineral ehtiyatlar üzrə ABŞ ilə saziş bağlamağa hazırlaşır, lakin mətni hər iki tərəfin maraqlarına cavab verən şəkildə yenidən nəzərdən keçirmək istəyir.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbıqa məlumat verib.
"Mən təsdiq edirəm ki, biz Amerika tərəfi ilə sazişin mətni üzrə məsləhətləşmələrə başlamışıq. Məsləhətləşmələrin bir raundu artıq baş tutub. Ukrayna tərəfi həm ABŞ-nin, həm də Ukraynanın milli maraqlarına cavab verən sənəd qəbul etməkdə qərarlıdır. Biz inanırıq ki, iri amerikalı bizneslərin mövcudluğunu nəzərdə tutan sazişin mətni də Ukraynanın təhlükəsizlik strukturuna töhfədir".
Bundan əvvəl Vladimir Zelenski ABŞ-nin Ukraynaya mineral ehtiyatlar üzrə yeni saziş layihəsini təhvil verdiyini bildirmişdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin