Qaz kəməri partladı - 112 yaralı var

13:01 - 1 Aprel 2025

Qaz kəməri partladı - 112 yaralı var

Malayziyanın Selanqor əyalətinin Putra Heights ərazisində güclü partlayış baş verib. Yaşayış məntəqələrinə yaxın ərazidən keçən təbii qaz kəmərində baş verən partlayışdan sonra başlayan və saatlarla davam edən yanğın ətrafdakı evlərə və avtomobillərə keçib.

 

Manset.az xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 112 nəfər xəsarət alıb. 

Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları ərazidəki sakinləri təxliyə etməyə başlayıb. 112 nəfər xəsarət alıb, 49 evə ziyan dəyib.

Selangor Yanğın və Xilasetmə İdarəsindən verilən yazılı açıqlamada partlayışdan sonra boru xəttinə qaz axınının kəsildiyi, ancaq içəridə yığılan qaz səbəbindən yanğının bir müddət nəzarət altına alındığı bildirilib.

Partlayışın Malayziyanın milli neft şirkəti Petronas-a məxsus təbii qaz boru kəmərində baş verdiyi müəyyən edilib. Partlayışın səbəbi ilə bağlı təhqiqat başladılıb, ərazidə dəyən zərərin qiymətləndirilməsi işləri davam etdirilir.


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin