Ordumuzun mövqeləri atəşə tutuldu
2 Aprel 2025
12:08 - 1 Aprel 2025
Parlamentin müdafiə xərclərini ciddi borclanma qaydalarından azad etməyə səs verməsindən sonra Almaniya ordusu böyük investisiya artımı üçün təsdiq qazanıb.
Manset.az xəbər verir ki, bu barədə Almaniya Baş Qərargahının rəisi Karsten Breuer "BBC"-yə danışıb.
Karsten Breuer Rusiyanın müharibəsinin yalnız Ukrayna ilə məhdudlaşmayacağına inandığını və bu ehtiyatların artırılmasına təcili ehtiyac olduğunu bildirib.
"Bizi Rusiya hədələyir. Putin təhdid edir. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik".
Breuer bildirir ki, NATO da dörd il ərzində baş verə biləcək hücuma hazır olmalıdır:
“Məsələ mənim hazırlaşmağım üçün nə qədər vaxt lazım olduğu deyil, Putinin hazırlaşmağımız üçün bizə nə qədər vaxt verəcəyidir. Nə qədər tez hazırlaşsaq, bir o qədər yaxşıdır”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin