Ordumuzun mövqeləri atəşə tutuldu
2 Aprel 2025
10:51 - 1 Aprel 2025
Myanmada zəlzələ qurbanlarının sayı 2,7 mini keçib.
Manset.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Xatırladaq ki, martın 28-də Myanmanın mərkəzi hissəsində 7,7 və 6,4 maqnitudalı iki güclü zəlzələ baş verib. Zəlzələlər ciddi dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub. Yeraltı təkanların episentri ölkənin paytaxtı Naypyidodan şimalda yerləşən Saqayn dairəsindən təxminən 16 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.
Yeraltı təkanlar qonşu ölkələrdə, o cümlədən Tailandda da hiss olunub. Paytaxt Banqkokda tikilməkdə olan çoxmərtəbəli binanın uçması nəticəsində azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin