Ordumuzun mövqeləri atəşə tutuldu
2 Aprel 2025
09:12 - 1 Aprel 2025
Bu gün məktəblərdə həftənin 5-ci gününə aid dərslər tədris olunacaq.
Manset.az xatırladır ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Bu səbəbdən aprelin 1-i təhsil müəssisələrində həftənin 5-ci gününə aid dərslər tədris ediləcək.
Qeyd edək ki, bu gün Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb. Ölkə ərazisində 20-31 mart tarixlərində qeyri-iş günləri idi.
Novruz bayramı ilə əlaqədar 20-26 mart qeyri-iş günü hesab edilib. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin