“Cəsarətiniz varsa, onlara irad bildirin” - Mirşahin Nigarı müdafiə etdi
2 Aprel 2025
23:40 - 31 Mart 2025
Xaçmaz rayonunun Qalağan, Canaxır kəndlərində açıq ərazidə və Quba rayonunun Küsnət kəndində mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının qarşısı alınıb.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
FHN Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar küləkli hava şəraitinə baxmayaraq geniş sahələrə yayılmasına imkan verilmədən söndürülüb.
***
16:05
Xaçmaz rayonunun Qalağan, İstisu, Xaspoladoba, Canaxır kəndələrində və Quba rayonunun isə Küsnət kəndi ərazisində açıq ərazidə yanğın baş verib.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz, Şabran və Quba rayonlarının Yanğından Mühafizə hissələrinin qüvvələri yanğınların söndürülməsinə cəlb olunub.
Xaçmaz rayonunun Xaspoladoba kəndi və İstisu qəsəbəsi ərazisindəki yanğınlar havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Əməliyyat şəraitinə uyğun olaraq hazırda digər yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
FHN bir daha əhaliyə müraciət edərək, hazırda bəzi ərazilərdə müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırıb.
***
15:20
Xaçmaz rayonunun dörd kəndində yanğın baş verib.
Manset.az xəbər verir ki, yanğın rayonun Xaspoladoba, Qalağan, Canaxır kəndlərində, həmçinin İstisu qəsəbəsində kol-kos və qamışlıq ərazilərdə baş verib.
Ərazilərə FHN-nin Xaçmazla yanaşı Quba və Şabran rayonlarının yanğından mühafizə briqadalarının texnikaları və canlı qüvvələri cəlb olunub.
Yanğın ocaqlarının söndürülməsi istiqamətində işlərə davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin