Ordumuzun Aprel qələbəsindən 9 il ötür
2 Aprel 2025
22:25 - 31 Mart 2025
FIFA referisi Fəridə Lütfəliyeva növbəti təyinatını alıb.
Manset.az xəbər verir ki, o, 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək. Azərbaycanlı referi II qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq. FIFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.
Qrupun oyunları Moldovada təşkil olunacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin