Azərbaycanın Futbol üzrə Milli Komandanın baş məşqçisi istefa verdi

12:24 - 29 Noyabr 2021 - İDMAN

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası baş məşqçisiz qalıb.

 

Manşet.az xəbər verir ki, Fərrux İsmayılov millidən ayrılıb.

Noyabrın 22-28-i aralığında Qəbələdə təlim-məşq toplanışında olan U-15-in üzvləri ilə görüşən gənc mütəxəssis onlarla sonuncu dəfə bir yerdə olduğunu elan edib.

Yeniyetmələrdən ibarət yığmadan ayrılmasına baxmayaraq, Fərrux İsmayılov AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi postunda işini davam etdirəcək.

Əldə etdiyimiz digər məlumata görə, U-15-ə baş məşqçi təyinatı yanvarda reallaşacaq.

 

 

fanat.az



Loading...

Xəbər xətti

18 Yanvar 2022