Güclü külək şimal-qərb bölgəsində bir sıra fəsadlar törətdi

20:37 - 31 Mart 2025

Güclü külək şimal-qərb bölgəsində bir sıra fəsadlar törətdi

Güclü külək Qax və Zaqatalada bir sıra fəsadlar törədib.

 

Manset.az xəbər verir ki, bu gün axşam saat 17 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsinin Balakən, Zaqatala və Qax rayonları ərazisində bir saat ərazində qeyr-sabit hava şəraiti hökm sürüb, fasilələrlə güclü külək və qısamüddətli yağış yağıb.

Bölgədə güclü külək daha çox Qax və Zaqatala rayonlarında müşahidə olunub. Güclü külək Qax rayonun Lələpaşa kəndində bir fərdi yaşayış evinin dam örtüyünün bir hissəsini qoparıb.

Külək Qazmalar və Qaşqaçay kəndində isə ümumilikdə iki vətəndaşa məxsus tövlənin dam örtüyünü dağıdıb. Güclü külək səbəbilə Qax rayonunun bır sıra kəndlərində elektrik təsərrüfatına ziyan dəyib, elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Güclü külək səbəbilə Zaqatalanın Yuxarı Tala, Aşağı Tala, Gəyəm, Car, Mazıx və Muxax kəndlərinə elektrik enerjisinin verilməsində də fasilələr yaranıb.

Qax və Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları hadisə baş verən andan ərazilərə cəlb olunub, baş vermiş qəzaların aradan qaldırılması istiqamətində işlər aparıb.

Hazırda bir çox ərazilərdə güclü külək səbəbilə baş vermiş fəsadlar demək olar ki, tam aradan qaldırılıb.


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin