Tanınmış həkimlərdən Yeni Klinikanın rəhbərinə ağır ittihamlar - “Səhiyyə makleri...”
2 Aprel 2025
18:27 - 31 Mart 2025
Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kənd ərazisindən keçən hissəsində baş verib.
Belə ki, rayonun Muxax kənd sakini 50 yaşlı Rəhim Laçınovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə rayonun Göyəm kənd sakini 21 yaşlı Əhməd Matiyevin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəzadan sonra Rəhim Laçınovun idarə etdiyi "Mercedes" idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində "Mercedes"in sürücüsü Rəhim Laçınov, onun avtomobilində olan sərnişinlər - Muxax kənd sakinləri; 27 yaşlı Fuad Süleymanov, 36 yaşlı Asif Əhmədov və 63 yaşlı Nizaməddin Əminov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin