Şəhid qızı Aynişandan Nigar Fərhada CAVAB

17:50 - 31 Mart 2025

Şəhid qızı Aynişandan Nigar Fərhada CAVAB

“Bəzən həyat bizə seçim haqqı verir. Atasız böyümüşəm, amma bu, məni heç vaxt əskik etmədi. Əksinə, məni daha möhkəm, daha duyğulu, insanların dəyərlərini daha dərindən anlayan biri elədi”.

 

Manset.az xəbər verir ki, bu sözləri bloger Aynişan Quliyeva sosial şəbəkə hesabında yazıb. 

Aynişan aparıcı Nigar Fərhadın “Atasız qızı oğluma almaram” sözlərinə reaksiya verib:

“Mən bir ana tərəfindən böyüdülmüşəm - güclü, əxlaqlı və sevgini içində daşıyan bir qadın tərəfindən. Ailə sevgidir, dəstəkdir, bir-birinə dayaq olmaqdır. Və mən məhz bu dəyərlərlə böyümüşəm”.

Qeyd edək ki, A.Quliyevanın atası Xalid Quliyev şəhid olub.



Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin