Tanınmış həkimlərdən Yeni Klinikanın rəhbərinə ağır ittihamlar - “Səhiyyə makleri...”
2 Aprel 2025
13:22 - 31 Mart 2025
Son vaxtlar "BOKT"ların faiz hesablanmaları ilə bağlı ciddi narahatlıqlar var. “Azpulmat” kimi onlayn borc verən platformalar çoxalıb. Sözügedən tətbiqlərdən borc götürərkən onlayn müqavilə imzalanır və həmçinin şəxsin telefonunda olan bütün kontaktlara səlahiyyət qazanılır. Bu kimi platformalardan şikayət edən insanların sayı da kifayət qədər çoxalıb. Əksər şikayətçilər faizin düzgün hesablanmadığından şikayətlənir. Bəs, bu hallarda nə etməliyik?
Mövzu ilə bağlı Manset.az-a danışan hüquqşunas Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə müqavilə tərəflərin iradə sərbəstliyi əsasında bağlanmış bir yazılı sənəddir:
"O cümlədən, innovasiyaların inkişafı nəticəsində artıq elektron müqavilələrin bağlanılması həyata keçirilməkdədir. Bir çox hallarda çıxılmaz durumda olan vətəndaşlar onlayn kredit platformaları üzərindən təklif olunan kreditləri tez bir zamanda və daha əlçatımlı şəkildə almağı tərcih edirlər.
Lakin bir müddətdən sonra gecikdirmə halları baş verdikdə, həmin kredit təşkilatları aşırı dərəcədə yüksək faizlər tətbiq edir ki, bu da elektron müqavilədə öz təsbitini tapır. Əgər vətəndaşın bununla bağlı hər hansı bir narazılığı varsa, təbii ki, ilk öncə pretensiya qaydasına riayət etməklə, qeyd olunan kredit təşkilatının yerləşdiyi yer üzrə kommersiya məhkəməsinə müraciət etməklə məsələni məhkəmədə mübahisələndirə bilər".
R.Süleymanov qeyd edib ki, qoyulan faizlərlə bağlı vətəndaşın hüququ çatır ki, "Banklar haqqında" Azərbaycan Respublikasının qanununun tələblərinə riayət etməklə, əgər könüllü restrukturizasiya məsələsi ortaya çıxarsa, bununla bağlı məhkəməyə müraciət etsin:
"Bankın və ya kredit təşkilatının qanunun tələbinə uyğun olaraq kreditləri restrukturizasiya etməsi ilə bağlı məhkəmədə xüsusi icraat qaydasında iş başlaya bilər. Təbii ki, bu, kredit təşkilatının müstəsna hüququdur. Kredit təşkilatı vətəndaşı daha əlverişsiz duruma salmamalı, əksinə, onun ödəməli olduğu borcun geri qaytarılmasında maraqlı olmalıdır və vəziyyətini daha da çətinləşdirməməlidir. Bu, həmin təşkilatların siyasətidir. Hansı şəkildə davranacaqları barədə konkret bir şey deyə bilmərəm.
Amma 40 gündən sonra faizlərin hesablanması məsələsinə gəldikdə, bu da tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun şəkildə tənzimlənir. Burada əsas müqavilə üzrə kredit verilən məbləğə görə faiz məbləğlərinin hesablanması, gecikdirilən günlərə görə cərimə faizlərinin hesablanması məsələsi mövcuddur. Vətəndaş borc məsələsini mübahisələndirdiyi təqdirdə məhkəməyə müraciət edir. Məhkəmə mühasibatlıq ekspertizası keçirildikdən sonra müəyyən olunarsa ki, hesablamada yanlışlıq var, həmin hesablama məhkəməyə təqdim olunacaqdır.
Eyni zamanda bildirmək istəyirəm ki, məhkəmələrin dəbbə hesablamalarını silmək kimi bir ixtiyarları var. Məhkəmələr bu hüquqdan və vəzifələrindən yetərincə istifadə etməklə əsas məbləğ üzrə hesablanmış faizlərdən əlavə cərimə faizlərini silmək səlahiyyətinə də malikdir".
Seyranə Quliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin