Myanmada milli matəm elan edildi

12:04 - 31 Mart 2025

Myanmada milli matəm elan edildi

Myanmanın baş naziri Min Aunq Hlainq zəlzələ nəticəsində 1700-dən çox insanın həlak olması ilə əlaqədar martın 31-dən aprelin 6-dək respublikada milli matəm elan edib.

 

Manset.az xəbər verir ki, bu barədə MRTV kanalı məlumat yayıb .

“İnsan tələfatı ilə əlaqədar martın 31-dən aprelin 6-dək olan günlər ümummilli səviyyədə matəm günləri elan edilib”, – sərəncamda deyilir.

Qeyd edək ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, onun maqnitudası 7,9 olub. Zəlzələ Taylandda da olub, yeraltı təkanlar Çin və Vyetnamda hiss olunub. Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Rusiya Fövqəladə Hallar Nazirliyi Myanmaya xilasedicilər, kinoloqlar və həkimlər, habelə aviasiya xəstəxanası ilə üç xüsusi reys göndərib.


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin