"Barselona"dan böyükhesablı qələbə

09:53 - 31 Mart 2025

Bu gün İspaniya La Liqasında 29-cu turun oyunları keçirilib.

 

Manset.az xəbər verir ki, "Barselona" öz meydanında "Jirona" ilə qarşılaşıb. Kataloniya derbisi meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Barselona" turnir cədvəlində 66 xalla liderliyini möhkəmləndirib. "Jirona" isə 34 xalla 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, 2-ci yerdə 63 xalı olan "Real"dır. 3-cü yerdə isə 57 xalla "Atletiko" qərarlaşıb. 

30 mart 

"Barselona" - "Jirona" - 4:1
Qollar: 
Kreyçiç, 43 - avtoqol; Levandovski, 61, 77, Torres, 86 - Danjuma, 53


Xəbər xətti

2 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin