Əhməd əl-Şaraa İlham Əliyevi təbrik etdi
1 Aprel 2025
00:25 - 31 Mart 2025
ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etmir.
Manset.az xəbər verir ki, bu barədə o, "NBC News"a müsahibəsində deyib.
ABŞ Konstitusiyasına 22-ci düzəliş iki dəfə prezidentlik etmiş şəxslərin Ağ Evə namizədliyini irəli sürməyi qadağan edir. Düzəliş 1944-cü ildə Franklin Ruzvelt dördüncü müddətə seçildikdən sonra qəbul edilib.
"Bir çox insan bunu etməyimi istəyir. Amma mən onlara deyirəm ki, hələ çox uzun yolumuz var, bilirsiniz ki, bu, administrasiyanın başlanğıcıdır", - deyə Tramp bildirib.
Qadağaya baxmayaraq, Donald Tramp bundan yan keçə biləcəyinə əmindir. O, konstitusiya qadağasından yan keçməyin “yollarının” olduğunu deyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin