Yeniyetmə dəm qazından zəhərləndi

22:05 - 30 Mart 2025

Yeniyetmə dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

2011-ci il təvəllüdlü F.Səfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, F.Səfərova yaşadığı evin hamam otağında zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin